Azərbaycan əhalisinin sayı 10 milyon 133 min 78 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 13 min 945 nəfər və ya 0,14 faiz artaraq 2021-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 133 min 78 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.