Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

Azərbaycan ordusunun kapitanı 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.