Azərbaycan millisi Slovakiya yığmasını qəbul edəcək

Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Millimiz C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək. "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.

Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub, daha sonra isə Serbiyada Belarusla qolsuz bərabərə qalıb.

Millimiz indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bu matçların 5-də məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda dünya çempionatının seçmə mərhələ oyununda qələbə qazanıb. Komandanın qollarını Vadim Vasilyev və Zaur Tağızadə vurub.

Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.