Teymur Rəcəbov növbəti turda macarıstanlı şahmatçı ilə qarşılaşacaq

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçiriləcək.

 Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda Macarıstanlı Riçard Rapportla mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 2 xalla 6-8-ci yerləri bölüşür.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.