Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobilinin yük daşıyan TIR-la toqquşması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.