Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Xəzər dənizində gözlənilən güclü küləklə əlaqədar gəmilərə xəbərdarlıq edib.
DDLA-dan bildirilib ki, oktyabrın 2-si gündüz saatlarından Xəzər dənizinin akvatoriyasında şimal-qərb və şimal küləyinin güclənəcəyi və oktyabrın 3-ü səhərədək davam edəcəyi gözlənilir.
Proqnoza əsasən, həmin müddətdə küləyin sürəti 18-23 metr/saniyə olacaq, arabir 25-28 metr/saniyəyədək, açıq dənizdə isə 30 metr/saniyəyədək güclənəcək. Güclü külək nəticəsində dalğanın hündürlüyünün 2-3 metrə çatacağı, hava şəraitinin sonrakı inkişafında isə 3,5-5,5 metrədək yüksələcəyi proqnozlaşdırılır. Bununla əlaqədar Xəzər dənizində fəaliyyət göstərən gəmi və digər dəniz nəqliyyatı vasitələrinin heyətlərinə hava şəraitini nəzərə almaları və təhlükəsizlik tədbirlərinə ciddi riayət etmələri tövsiyə olunur.

