Türk dövlətlərinin beyin mərkəzlərinin nümayəndələrinin növbəti görüşü planlaşdırılıb

Türk dövlətlərinin beyin mərkəzlərinin nümayəndələrinin növbəti toplantısının payızda keçirilməsi gözlənilir.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransı çərçivəsində deyib.

"Bu gün Şuşada türk dövlətlərinin beyin mərkəzlərinin növbədənkənar toplantısında türk dövlətlərinin üzləşdiyi problemlər və çağırışlar müzakirə olunacaq", - deyə F.Şəfiyev bildirib.//Trend