“Qarabağ” klubu “Lex” komandasını darmadağın etdi

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Lex” (Polşa) oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçda “Qarabağ” “Lex” komandasını 5:1 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.