"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Ağdam təmsilçisi II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə "Sürix"i qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib.