Şəhriyar Məmmədyarov daha üç turda mübarizə aparacaq

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi davam edir.

Bu gün turnir çərçivəsində qrossmeysterimiz Şəhriyar Məmmədyarov daha 3 turda mübarizə aparacaq. Onun rəqibləri fransalı şahmatçı Maksim Vaşye-Laqrav, ABŞ təmsilçiləri Leyner Dominqes, Uesli So olacaq.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 6 xalla 6-cı yerdə qərarlaşıb.

Turnir iyulun 25-dək davam edəcək.