Bu il istintaqı yekunlaşmış cinayət işləri üzrə 62 milyon manat ziyanın 87,5 faizi ödənilib
Bu ilin birinci yarımilində prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyənləşdirilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.

