DİM aqrar sığorta fəaliyyəti üzrə ekspert imtahanı keçirib: 9 nəfər uğur qazanıb
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 18-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan elektron formada keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 37 nəfər iştirak edib. 9 nəfər uğur qazanaraq müstəqil ekspert sertifikatı əldə edib. İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası noyabrın 19-20-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

