Prokurorluq Şərurda 17 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Şərurda 17 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Şərur rayon sakini 2005-ci il təvəllüdlü Rzayeva Laçın Ümman qızının iyulun 23-də yaşadığı evin həyatyanı sahəsindəki bağda özünü asaraq intihar etməsi faktı ilə bağlı hazırda Şərur rayon prokurorluğunda araşdırma aparılır.

