Qubada narkotik bitkilər becərən qardaşlar saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şabran rayon sakinləri Zaur və Vüqar Bəgiyev qardaşlarını saxlayıb.

Daxil İşlər Nazirliyini mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, qardaşların meşə zolağında əkib yetişdirdiyi 156 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə, həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman 1,5 kiloqram narkotik vasitə olan marixuna, 90 ədəd çətənə (kannabis) bitkisinin qalıqları (qurudulması üçün qoyulan) aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri zamanı V.Bəgiyevin evindən bir ədəd tüfəng və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.