Kişi şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında növbəti turda mübarizə aparıblar

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçirilən 5-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Kuba yığmasına 1,5:2,5 hesabı ilə uduzub. Qeyd edək ki, bu, şahmatçılarımızın olimpiadada ilk məğlubiyyətidir.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.