Azərbaycanda son sutkada 540 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 540 yeni yoluxma faktı qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 801 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib, aktiv xəstə sayı 3 054 nəfərdir.

 Ölkədə son sutka ərzində 3 435, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.