Türk iş adamlarının Azərbaycanda biznes qurmasına KOBİA-nın dəstək imkanları müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türk Dünyası və Beynəlxalq İş Dünyası İnvestisiya Birliyi Konfederasiyasının (TÜRKBİRKON) sədri Hakan Aktürkün rəhbərlik etdiyi heyət ilə görüşüb.

KOBİA-dan  bildirilib ki, görüşdə türk iş adamlarının Azərbaycanda biznes qurması üçün KOBİA-nın dəstək imkanlarına və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.