Şahmar Əliyevə bəraət verilməsi ilə bağlı hökmdən apellyasiya protesti verilib

  Bəzi sosial media səhifələrində  etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Əliyev Şahmar Eldar oğluna Yasamal rayon məhkəməsinin hökmü ilə  bəraət verilməsi ilə bağlı informasiyalar yayılmışdır.
  Bununla əlaqədar bildiririk ki, Şahmar Əliyevin tanışı Təranə Fərəcovadan məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərməsi adı  ilə 20 min manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan toplanmış sübutlarla ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi  baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmişdir.
  Həmin  məhkəmənin 17.06.2022-ci il tarixli hökmü ilə Şahmar Əliyevə bəraət verilmişdir. 
07.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilmişdir.