“İran nemətləri” mağazasında yoxlama keçirilib

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, Bakının Nizami rayonunda A.Manafov küçəsi,16, mənzil 1 ünvanında fiziki şəxs İsrafilov Heydər Bayram oğluna məxsus “İran nemətləri” mağazasında yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Belə ki, mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi, mal qonşuluğu prinsipinə, həmçinin temperatur rejiminə əməl edilmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar satışdan çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.