Baş Prokurorluq: Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş vermiş zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdamda 12 nəfərin zəhərlənməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri nəticəsində 12 nəfərin yüngül dərəcədə zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.