FHN: Babadağ dağında həlak olduğu bildirilən şəxsin axtarışında drondan istifadə edilir

Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışını davam etdirir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarış aparır. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilir.