Azərbaycan XİN neft müəssisəsində baş vermiş yanğınla əlaqədar Kuba hökumətinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Kubada neft müəssisəsində baş vermiş yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib.

Nazirliyin rəsmi tviter səhifəsində bu barədə paylaşım edilib.

Paylaşımda deyilir: "Kubanın Matanzas şəhərində neft müəssisəsində 17 yanğınsöndürənin itkin düşməsi və bir çoxunun yaralanması ilə nəticələnən yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəylik ifadə edirik”.