Nazir: Azərbaycanla Əlcəzairin iqtisadi sahədə çox böyük potensialı var

Azərbaycanla Əlcəzair beynəlxalq platformalarda yaxşı əlaqələrə malikdirlər. İqtisadi sahədə çox böyük potensial mövcuddur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ilə görüşdən sonra mətbuata birgə bəyanatında söyləyib.

Nazir qeyd edib ki, Əlcəzair Azərbaycanın səfirlik təşəbbüslərinə yüksək səviyyədə dəstək verir. Bu gün ölkələrimiz arasında iki sənədin imzalandığını diqqətə çatdıran nazir deyib ki, bunlardan biri Azərbaycanla Əlcəzairin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair protokoldur.

Ceyhun Bayramov, həmçinin həmkarına regionda baş verən son hadisələr, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmağa başlamaları, eyni zamanda, Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumat verib.