Turan Bayramov V İslam Həmrəyliyi Oyunlarını birinci pillədə başa vurub

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda təmsilçimiz iranlı Firuzpuur Məhəmmədsadıq ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib.