Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 733 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 1 070, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 208 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 836 046, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 674, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 378, üç və daha çox doza vaksin vurduranların sayı 3 350 213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 781 təşkil edir.