Sabunçu rayonunda vətəndaşın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb
                        Paytaxtda soyğunçuluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Bağırova zor tətbiq edərək 11 min manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.
			
					
                                
                                
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                    
                    
                    
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
