Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı qoruğun ərazisində balıq ovu edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Arzuman Abdullayev olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbirlər görülüb.