Əli Əsədov Belarusun Baş naziri ilə görüşüb

Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildirilib ki, görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.