Qubadlıda mina partlayıb, ANAMA-nın əməkdaşı yaralanıb

İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində avqustun 30-da piyada əleyhinə mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası - "Dina" ləqəbli minaaxtaran it ölüb. “Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.