Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.