Bu görüntülərin araşdırılması Ombudsmanın nəzarətinə götürülüb

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir. Bu barədə qurum açıqlama yayıb.

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülmüş və bununla bağlı müvafiq qurumlara müraciətlər edilmişdir.