Nazir müavini Kürdəmir rayonunda vətəndaşların müraciətini dinləyəcək
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 21-i Kürdəmir rayonunda sakinlərin müraciətini dinləyəcək.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar sentyabrın 12-dən 16-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında dinləniləcək.

