Üç mindən çox müəllimin maaşı 35 faiz artacaq

Sertifikatlaşdırmadan keçən 3 min 86 müəllim maaşına 35 faiz əlavə alacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sertifikatlaşdırmadan keçən 5 min 590 müəllimin isə maaşına 10 faiz əlavə ediləcək.