Gömrük Komitəsi tərəfindən səkkiz ayda 369 cinayət xarakterli fakt aşkarlanıb

Yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 369 cinayət xarakterli fakt aşkarlanıb.

Komitədən bildirilib ki, bunlardan 47-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 75-i qaçaqmalçılıq və 286-sı isə digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 377 nəfər olub.