"Qolf da oynasam, "Real"da qalacam" - Beyl getmir

"Real"da qalıb-qalmayacağı müzakirə olunan Qaret Beyl haqqında dolaşan söz-söhbətlərə aydınlıq gətirib.

 "Radioestadio"ya danışan uelsli futbolçu müqaviləsi bitənə qədər heç yerə getməyəcəyini bildirib:

"Hələ 3 illik müqaviləm var. Məni göndərmək istəyirlərsə, hər il 15 milyon avro ödəməlidirlər. Ödəməsələr, burada qalacağam. Meydana buraxmasalar, qolf oynayacağam. İstənilən halda "Real"da qalacağam".

Qeyd edək ki, Beyl qolf oynamağı çox sevir. Hətta onun Madriddəki evinin baxçasında böyük qolf meydançasının olduğu bildirilir.