UEFA Millətlər Liqası: Azərbaycan millisi Qazaxıstan yığmasını məğlub edib

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununda qələbə qazanıb.

Millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edib.

"Dalğa Arena"da oynanılan qarşılaşmada millimiz 3:0 hesablı qələbə qazanıb.