Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Avstriyanın Azərbaycandakı ticarət məsləhətçisi Gerhard Lakner İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.

AZPOMO-dan  bildirilib ki, qurumun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib. Görüşdə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Avstriya biznes forumunun keçirilməsi imkanları müzakirə olunub.