Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilir
Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumu işə başlayıb.
Forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərləri və yüksək vəzifəli nümayəndələri, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, həmçinin aidiyyəti dövlət qurumları və özəl sektorun təmsilçiləri iştirak edirlər.
Tədbirin rəsmi hissəsindən sonra “Rəqabət siyasətinin formalaşdırılması TDT-nin hərəkətverici qüvvələrindən biri kimi: regional əməkdaşlıq” mövzusunda panel müzakirəsi keçiriləcək.
Forum çərçivəsində bu gün həmçinin Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası da baş tutacaq.//Trend

