Paytaxtın üç rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün təmir-quraşdırma işləri ilə əlaqədar paytaxtın üç rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə "Azəriqaz" məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 12.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının "MİDA" yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.