DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Sumqayıt şəhərinin sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib.

Bu barədə DSMF-dən məlumat verilib.

Bildirilib ki, müraciətlər əsasən pensiya, sosial müavinətlər, təqaüd, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.

Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin həll edilməsi üçün isə fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.