Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir

Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarında qazlaşdırılmayan 334 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.

Yerveinsan.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, bu günədək Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarının əhalisi 6 min 923 kubmetr həcmində oduncaqla təmin edilib: “Lənkəran rayonu üzrə 127, Masallı rayonu üzrə 886, Astara rayonu üzrə 1503, Lerik rayonu üzrə 2 min 528, Yardımlı rayonu üzrə 1219, Cəlilabad rayonu üzrə isə 660 kubmetr oduncaq tədarük olunub”.

C.Qəribovun sözlərinə görə, odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər.