Ədəbiyyat İnstitutunun Arxiv şöbəsinə yeni müdir təyin olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Arxiv şöbəsinə yeni müdir təyin olunub. Həmin vəzifə İnstitutun əməkdaşı Elnarə Əzizovaya həvalə olunub.

Yerveinsan.az bildirir ki, Əzizova Elnarə Cabir qızı 1975-ci ildə Lənkəran şəhərində anadan olub. 1982-1992-ci illər Lənkəran şəhər 3 saylı orta məktəbində təhsil alıb.  1993-1997-ci illərdə LDU-nun Filologiya fakültəsində oxuyub. 1997 - 2000-ci illərdə Lənkəran şəhər 2 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.

Elnarə Əzizova 2004-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ümumi şöbəsində böyük laborant vəzifəsində (elmi katibin köməkçisi statusunda) işə başlayıb. 2010-cu ildə öz ərizəsinə əsasən Elmi İrsin Toplanması və Sistemləşdirilməsi şöbəsinə keçirilib. Burada işlədiyi müddət ərzində verilən tapşırıqları vaxtında, səliqə-səhmanla yerinə yetirdiyinə və arxiv fondunun elektron versiyasının hazırlan­ma­sı kimi məsuliyyətli işi lazımi səviyyədə icra etdiyinə görə  2015-ci ildə baş mütəxəssis vəzifəsinə keçirilib.

2022-ci il sentyabr ayının 16-dan Arxiv şöbəsinin müdiri vəzifəsini icra edir.