İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlandı

İsveç Kral Elmlər Akademiyası Alfred Nobelin xatirəsinə iqtisadi elmlər sahəsində Sveriges Riksbank adına mükafatın verilməsi haqqında qərar qəbul edib. Beləliklə 2022-ci il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatına «bankların tədqiqatları və maliyyə böhranları üçün» amerikalı alimlər, Ben Bernanke (Brukinqs İnstitutu), Douqlas Diamond (Çikaqo Universiteti) və Filif Dybviq (Vaşinqton Universiteti) layiq görülüblər.
Nobel Komitəsi bildirib ki, onların kəşfləri cəmiyyətin maliyyə böhranlarının öhdəsindən necə gəldiyini açıq nümayiş etdirib.
Bu ilin iqtisad elmləri laureatları Ben Bernanke, Duqlas Daymond və Filip Dybvig bankların iqtisadiyyatdakı rolunu, xüsusilə maliyyə böhranları zamanı anlayışımızı xeyli yaxşılaşdırıblar. Onların araşdırmalarında vacib nəticə bankın çökməsinin qarşısını almağın niyə həyati əhəmiyyətli olması ilə bağlıdır.
Müasir bank tədqiqatları bankların çöküşünün maliyyə böhranlarını daha da ağırlaşdırdığını izah edir. Bu tədqiqatın əsasını 1980-ci illərin əvvəllərində Ben Bernanke, Duqlas Daymond və Filip Dybviq qoymuşlar. Onların təhlili maliyyə bazarlarının tənzimlənməsi və maliyyə böhranlarının aradan qaldırılması üçün böyük praktiki əhəmiyyətə malikdir.

Oruc Mustafayev