Nobel laureatı ilə söhbət

“Dünya çətinliyə düşəndə kimya köməyə gəlir”
Kimya üzrə 8-ci Nobel laureatı Karolin Bertozzi:


“Elmin və elm mədəniyyətinin necə trend olduğuna dair çox nikbinəm”
5 oktyabr 2022-ci il tarixində kimya üzrə 2022-ci il Nobel mükafatına layiq görülən Stanford Universitetinin professoru Karolin Bertozzi Nobel Mükafatları Komitəsinin saytına eksklüziv telefon müsahibəsi verib.
Nobel mükafatı elan edildikdən dərhal sonra qeydə alınan bu zəng, laureatın Kaliforniyadakı evinə media nümayəndələrinin “hücumu”ndan bir az əvvəl baş tutub. Kimya üzrə 8-ci Nobel mükafatı laureatı kimi o deyir: “Elmin və elm mədəniyyətinin necə trend olduğuna dair çox nikbinəm”.
Müsahibənin stenoqramı
Adam Smit: Salam. Bu, nobelprize.org saytından zəng edən Adam Smitdir.
Karolin Bertozzi: Salam, necəsən? Bu Karolindir.
AS: Mən yaxşıyam.
KB: Mənə dedilər ki, zəng edəcəksən, bu, əladır, çünki mənim telefonuma zənglər gəlir ard-arda, düşünürəm ki, media nümayəndələri zəng çalır.
AS: Düşünürəm ki, dünya mediası tezliklə sizin telefona qoşulacaq.
KB: Düşünürəm ki, bəli.
AS: Bu günə qədər səhər necə keçdi?
KB: Demək istəyirəm ki, bu dəlilikdir, bilirsiniz. Yəqin ki, heç iki saat yatmamışdım və birdən, telefon məni yuxudan oyadır və mən "zarafat edirsən?” deyə fikirləşirəm.
AS: Siz hələ də nisbi təcriddəsiniz, yoxsa ev artıq mətbuat tərəfindən “bombalanıb"?
KB: Xeyr, burada hər şey sakitdir. Qaranlıq və sakitlikdir, inşallah məni tez tapmazlar.
AS: Yaxşı olardı. Bəlkə də gizlənməlisən, çünki yaxın bir neçə gün zənglər, sizi axtaranlar olacaq...
KB: Bəli.
AS: Bu, həm də həyəcanvericidir yəni…
KB: Bəli.
AS: Necəsən?... Mükafat almağa münasibətiniz necədir?
KB: Yaxşı, düşünürəm ki, mən hələ də şokdayam, amma Barri Şarpless və Morten Meldal kimi bir siyahıda olmaq mənim üçün çox həyəcanlıdır. Onların hər ikisi mənim kimya qəhrəmanlarımdandır. Bilirsiniz, Barri Şarplessin işi aspirant olduğum vaxtdan məni valeh edirdi. Mən hələ 80-ci illərin sonu 90-cı illərin əvvəllərində onun Berkli Kaliforniya Universitetindəki çıxışlarını eşitmişdim... Eləcə də Morten Meldalın işləri ilə aspiranturada oxuduğum zaman tanış idim. Çünki o, qlikopeptid sintezi üzərində çox iş görmüşdü. Beləliklə, onlar mənim uzun illərdir ki, öyrəndiyim insanlardır. Hətta onilliklər. Və onların arasında olmaq mənim üçün böyük şərəfdir.
AS: Siz çox ixtiraçı bir insansınız. 2003-cü ildə biortoqonal kimya tətbiq edərək, bir çox şirkət yaratmısınız və yeni istiqamətlər üçün belə enerjiniz var. Sizi bütün bunlara sövq edən nədir?
KB: Yaxşı, mən... bilirsiniz ki, üzvi kimyanı sevirəm, biologiyaya heyranam. Bizim hamımız kimi, mənim də müalicəsi mümkün olmayan xəstəliklərdən əziyyət çəkən ailə üzvlərim və yaxın dostlarım olub. Hər zaman ümid edirdim ki, bir alim kimi mən insan sağlamlığına ya yaxın və ya uzun müddətli, ya da həyatım boyu fayda verə biləcək bəzi töhfələr verə bilərəm. Bilirsiniz, bu, həmişə mənim məqsədim olub. Mən dərs keçməyi sevirəm və ehtiraslarımı bölüşən insanlarla işləmək istəyirəm və öz yaşımın müdrikliyinə uyğun olaraq kimlərəsə kömək edə bilərəm.
AS: Bəs kimya? Bəzən pis bir mətbuat basqısı altına düşür...
KB: Olmamalıdır. Bilirsiniz, kimya bizim dediyimiz kimi mərkəzi elmdir. Bilirsinizmi, bu, biologiya və tibb, materiallar, iqlim və davamlılıq sahəsində təsir göstərmək istəyən insanlar üçün çox maraqlı bir elm sahəsidir, elə deyilmi? Kimya bunların hamısının mərkəzidir. Doğrudan da, dünya çətinliyə düşəndə kimya köməyə gəlir, elə deyilmi? COVID-19 bunun gözəl nümunəsidir. Buna görə də düşünürəm ki, bəlkə də, ictimai imicimizin daha həyəcanlı və müsbət olmasına töhfə verə bilərəm.
AS: Çox gözəldir... Super qəhrəmanın köməyə gəldiyi gözəl bir kimya obrazı. Onu bəyənirəm.
KB: Bəli, düzdür.
AS: Və təbii ki, insanların diqqəti kimya üzrə mükafata layiq görülən yalnız səkkizinci qadın olduğunuza diqqət yetirəcək. Necədir, bu, sizin üçün necə bir hissdir?
KB: Yaxşı, bilirsiniz ... bu, şübhəsiz ki, hadisəyə bir növ ağırlıq qatır. Bilirsən, bir qadının mükafat qazandığı və həm də onun mükafat qazanan ilk qadın olduğu mühitlərdə olmuşam, ya da onların sayı çox azdır. Məndən əvvəl, möhtəşəm əhəmiyyətli işlər görmüş, etdiyim hər şey qədər əhəmiyyətli işlər görmüş qadınlar olub, lakin onların tanınmaq imkanı olmayıb. Mən onların sayının artmasına görə sevinirəm. Onların daha fəal olmasını istərdim. Daha çox tanınmasını istərdim. Düşünürəm ki, onların yüksəlməsi çox müsbət haldır. Mən Nobel mükafatlarına layiq görülən bəzi digər qadınları tanıyıram və əminəm ki, gələcəkdə daha çox olacaq. Bilirsən, demək istəyirəm ki, o qədər heyrətamiz qadın alimlər var ki. Və düşünürəm ki, biz onların getdikcə daha çox ortaya çıxdığını görəcəyik.
AS: Amma irəliləyiş bir qədər ləng gedir. Demək istəyirəm ki, siz özünüz də qeyd etdiyiniz kimi, bütün kişi mühitlərində özünüzü tapmısınız. Özünü göstərmək və inkişaf etmək istəynlərə məsləhətiniz varmı?
KB: Yaxşı, mən... Elmin və elm mədəniyyətinin necə trendə getdiyinə dair çox optimistəm. Dayanın (Adam Smitə üz tutur), indicə kimsə qapıma gəldi. Kimsə qapının zəngini çalır. Məncə, bilirsiniz, işlər çox yaxşı görünür və indi çoxlu görünən qadınlar var. Düşünürəm ki, optimist olmaq üçün hər cür səbəb var.
KB (qapısını döyənlərə): Salam, siz mətbuat adamlarısınız?
Mətbuat: Bəli.
KB: Buyurun. Mən burada Nobel Fondundan olan cənablardan biri ilə telefon danışıram. İçəri gir, mənim yerim sənin yerindir, rahat ol.
AS: Əminəm və düşünürəm ki, onlar gəlməmişdən əvvəl sizi tutmaq mənə qismət olub.
KB: Telefon zənglərdən dağılır.
KV (yeni gələn müxbirə): Nə lazımdırsa özünüz götürün, susuzluğunuz varsa, soyuducudan soda götürün. Bu sizin üçün də gecənin yarısıdır, ona görə də sizi başa düşürəm.
KB (əsas söhbətə qayıdır): Beləliklə, Adam, əlavə etmək üçün bir şey varmı? Fəaliyyət elementləri burada? Çünki yəqin ki, dediyiniz heç nəyi xatırlamayacağam, ona görə də...
AS: Özünüzü rahatlaya və əyləncəli şoudan zövq ala bilərsiniz... indi qarşınıza çıxacaqlar.
KB: Bilirəm, artıq baş verir, e-poçtlarımdır, qutu artıq doldurulub, ona görə də…
AS: Amma əslində əyləncəlidir, mətbuata qulaq asmaq, insanlar gəlir, Kaliforniyada gecə yarısı baş verənlər haqqında fikir əldə etmək olduqca xoşdur. Əsrarəngiz gününüzdən zövq alın.
KB: Çox sağ olun, yaxşı.
AS: Sizinlə danışmaqdan xoş oldum.
KB: Tezliklə danışarıq.
AS: İndi sağ ol.
KB: Hələlik


Oruc MUSTAFAYEV