Hacı Əliyev üçqat Avropa çempionu adını qazanıb

Azərbaycanlı güləşçi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə (65 kq dərəcəsində) Avropa çempionatının qızıl medalını qazanıb.

Yer və İnsan.az-ın Azərbaycan Güləş Federassiyasına istinadən verdiyi məlumata görə, üçqat dünya və ikiqat Avropa çempionu olan Hacı Əliyev startda Belarus, daha sonra Ermənistan idmançılarına qalib gəlib.

1/4 finalda Rusiya güləşçisinə də gücünü göstərən Hacı adını yarımfinala yazdırıb. Bu mərhələdə Moldova nümayəndəsinə heç bir şans tanımayan millimizin lideri ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib.

 
Həlledici qarşılaşmada təcrübəsindən, taktika və texnikasından maksimum yararlanan Hacı türk həmkarına göz açmağa imkan verməyib və titulunu qoruyub.

Beləliklə, Hacı Əliyev həm 3 qat dünya, həm də 3 qat Avropa çempionu qazanıb.