Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanılıb

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb.

Elm və Təhsil Nazirliyindən Yerveinsan.az-a bildirilib ki, müsahibələrə 775 nəfər dəvət edilib.

Oktyabrın 28-dək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunurlar.