Şəhriyar Məmmədyarov “Aimchess Rapid” turnirinin final mərhələsinə vəsiqə qazanıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin final mərhələsinə yüksəlib.

Qrosmeyster yarımfinalda Riçard Rapportla (Macarıstan) üz-üzə gəlib. Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Ş.Məmmədyarov finala çıxıb.

Şahmatçımız həlledici mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni 3:1 hesabı ilə məğlub edən polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.