Qadın güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazanıb

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Qadın güləşçimiz Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində ispaniyalı Nerea Blankoya şans tanımayıb – 7:1. Güləşçimiz dörddəbir finalda qazaxıstanlı Dariqa Abenə “tuşe” ilə qalib gəlib. Yarımfinalda italiyalı Elena Espositonu 3:2 hesabı ilə məğlub edən N.Mirzəzadə finala yüksəlib.

Təmsilçimiz həlledici görüşdə sentyabrda böyüklər arasında dünya çempionu olmuş yaponiyalı Miva Morikavaya (0:10) məğlub olaraq gümüş medal qazanıb.