Gövhər Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında təmsilçilərimiz 10-cu turda iştirak ediblər.

Bu gün keçirilən 10-cu turda qızlar arasında yarışan şahmatçımız Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə ediblər. Oğlanlar arasında Abdulla Qədimbəyli macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib.

Bununla da Gövhər Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. 10-cu turda yarım xal qazanan şahmatçımız ilkə imza atdı. Gövhər Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında çempion olan ilk qadın şahmatçı oldu.

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.//AZƏRTAC