"Pedaqoq adına iddia edən namizədlərin seçimi universitetlərə qəbul olunmazdan əvvəl keçirilir"

Sertifikasiya — Avstraliya təcrübəsi


Avstraliyada 4 ixtisas səviyyəsi var: təhsil kursunu bitirmiş ali təhsil müəssisəsinin məzunları, mütəxəssislər, yüksək ixtisaslı pedaqoqlar və aparıcı pedaqoqlar. Üstəlik, pedaqoq adına iddia edən namizədlərin seçilməsi universitetlərə qəbul olunmazdan əvvəl keçirilir. Pedaqoji təhsil aldıqdan sonra isə yeni işə başlayan mütəxəssislər müəllim vəzifəsinə qeydiyyata götürülür. Bu müddət ərzində müəllim adına iddiaçılar tədris və təhsilin təhlili, mentorla iş haqqında məlumatlar, inkişaf proqramları və onun həyata keçirilməsi ilə bağlı nəticələr olan portfolionun toplanması ilə illik uyğunlaşma dövründən keçirlər. Avstraliyada sertifikatlaşdırmanın vəzifələri aşağıdakılardır:
- müəllimin təmin etdiyi tədrisin keyfiyyətini müəyyənləşdirmək;
-müəllimlərə peşə fəaliyyətində özünürefleksiya (özünü təqdimetmə) imkanı vermək;
- nəticələrinin tanınması və ya təhsil müəssisələrinin yüksək ixtisaslı, aparıcı əməkdaşlarının mükafatlandırılması/təşviqi ilə keyfiyyətli tədris sisteminin təmin edilməsi.